 |
VISITA DEL CARDINALE SEGRETARIO DI STATO TARCISIO
BERTONE IN ARMENIA E AZERBAIGIAN
CERIMONIA DI INAUGURAZIONE
DELLA CHIESA CATTOLICA DELL’IMMACOLATA CONCEZIONE
DISCORSO DEL CARDINALE TARCISIO BERTONE
Baku Venerdì, 7 marzo 2008
Zati Aliləri Cənab Prezident,
Çox Hörmətli Şeyx-ul-İslam,
Dəyərli Dövlət İş Adamları,
Diplomatik Korpus Nümayəndələri,
Əziz Din Xadimləri,
Çox Hörmətli Dini Başçılar,
əziz salezian həmqardaşlar, dindarlar, katolik icmasının əziz qardaş və
bacıları!
Mən çox qürur hissiylə anlayıram ki, iştirak etdiyim bu an, tarix salnaməsinə öz
izini qoyacaq bir andır. Bakı şəhərində ilk Katolik Kilsəsinin açılışı çox
zəngin və mənalı hadisədir. Güdrətli Tanrı, ateizmin təqib və zorakılığı ilə
dolu bir müddətdən sonra, konkret əlamət olan, ruhani və mənəvi intihabın bərpa
olunmasına bizə izn verdi. Xristianlar üçün kilsə o yerdir ki, harda - Tanrının
çağırışı ilə icma, Onun sonsuz məhabbətini izzətləndirmək və qeyd etmək üçün
toplanır. Həmçinin həmən binanın canlı görünüşüdə Kilsənin özüdür. Icma və ailə
tək imanlılardan qurulub və onlar Rəbbə sitayiş edib, öz dini əsaslarıyla düzgün
yaşayır.
Mən, bu kilsənin təntənəli açılışını, Roma Papası XVI-cı Benediktin və burda
iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin adıyla
açıq elan edirəm. Cənab Prezident, bizim Sizin şəxsiyyətinizə olan hörmətimiz
yalnız Sizin yüksək səlahiyyətli vəzifəniz və Sizin ölkəylə Vatikan arasında
yüksək səviyyəli əlagələrin olmasıy ilə kifayyətlənmir. Bu hörmət həmçinin
Azərbaycanın bu torpaqda və əsasən Bakı kimi şəhərdə dini tollerantlıq
öhdəliyinin irəli aparılmasında görülmüş işlərlə bağlıdır. Bakı öz müxtəlifliyi
və qədim kosmopolitizmi ilə tanınıb və bu onun tarixini daha çox zənginləşdirir.
Cənab Prezident, Sizin iştirakınız mənə fürsət verir ki, Sizin atanız, unudulmaz
Prezident, Heydər Əliyevin bu çox dəyərli əməlinə görə, Sizə Katolik Kilsəsinin
dərin minnətdarlığını çatdırım. O, bu kilsənin tikilişi üçün şəhərin mərkəzi
ərazisində torpaq verilməsinə öz istəyini bildirmişdir. Və həmən bu istəyi,
yaddaşdan silinməz Roma Papası, II-ci İoann Pavelin Azərbaycana səfərindən bir
gecə əvvəl həyata keçirdi. Və bu, bizim üçün onun tərəfindən ən böyük və gözəl
“Xoş Gəldiniz” addımı oldu. Onun istəyi nəticəsində, dini tolerantlığın
Azərbaycan həyatının gündəliyində bir sütuna dönməsi mümkün oldu. Və bunun
sübutu olaraq, o, mövzuya aid olan unudulmaz bir çıxışında, bu dəyərlərin hər
zaman zəngin mədəniyyətə malik olan bu Azərbaycanın xüsusiyyəti olduğunu
bildirmişdi. Cənab Prezident, mən istərdim Sizə Roma Papası XVI-cı Benediktin və
bütün Kattolik Kilsəsinin adından, Ümumilli Lider Heydər Əliyevin xoş xatirəsinə
böyük hörmət bəslədiyimizi bildirim. O, qarşısına qoyduğu məqsədin cəsarətlə və
əminliklə öhdəsindən gəlirdi. Buna sübut olaraq onun növbəti addımı olan
Kəlküttəlı Tereza Ana Bacılarının mərhəmətli qayğısına həvalə edilən, evsiz və
kimsəsiz insanlar üçün tikilən binanın torpağının verilməsi oldu.
Bu alicənab əməllər bu gün burda iştirak edən çox hörmətli Şeyx-ul-İslam və
Azərbaycanın digər dini başçılarının iştirakı nəticəsində daha işıqlı və aydın
şəkildə göründü. Onlar sərbəst olaraq birləşib, bu gün kilsənin tikilişini
katoliklərlə bayram edirlər. Bu onu göstərir ki, dini tolerantlığın olmasında
əsasən onların, dəyəri olmayan rolu və böyük zəhmətləri var.Və bu yolda Qavkaz
Müsəlmanları Başçısının yorulmaz zəhməti hamıya məlumdur. Bu yolda ona rus
pravoslav, yahudi və həmçinin katolik icmasının dayaq olması da məlumdur. Çox
Hörmətli Şeyx, istərdim Roma Papasının şəxsən Sizə olan öz dərin minnətdarlığını
çatdırım. XVI-cı Benedikt bilir ki, bugün bu kilsənin açılışı, Sizin böyük
rolunuz, dəstəyiniz və Dövlət iş adamları ilə birgə olan zəhmətinizin
nəticəsində reallaşa bildi.
Mən burada iştirak edən Dövlət iş adamlarına və Diplomatik Korpus
Nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Bizdə hörmət hissi doğuran onların
iştirakı bunu göstərir ki, bu açılış yalnız dini bayram xarakteri daşımır.
Onların burda iştirakı digər insan hüquqları arasında dini azadlığın cəmiyyətdə
qorunub saxlanılması Beynalxalq Diplomasiya üçün əsas məsələlərdən biri olduğunu
göstərir. Xahiş edirəm ki, Roma Papası XVI-cı Benediktin salamını təmsil
etdiyiniz ölkənin Xalqına və Dövlət Başçısına çatdırasınız.
Sizə həvalə edilən icmanın şənliyinə Bakıya toplaşan, əziz episkoplar, istərdim
Roma Papasının salamını və xeyir-duasını sizlərə çatdırım.
Lakin mənə həvalə olunub sizin üçün, bir xüsusi salam çatdırım, əziz Ata Jan
Capla (Yan Çapla) və salezian həmqardaşlarım ki, hər gün Bakının balaca katolik
icması üçün çalışırsınız. Əgər Padre Jerzy Pilus (Yerji Pilus) bir yerə toplayan
imanlılar onları yaşatmasaydı, bu daşlar belə diri söz açmazdılar. O,
hal-hazırda səhhəti üzündən bu gün bizimlə iştirak edə bilmir. Lakin buna
baxmayaraq bizim salamımız və xoş istəyimiz ona ünvanlanıb. Bu icma ən əvvəl
Qavqaz Latın Apostolik Administratorlarının ədliyyəsi tabeçiliyində idi. O zaman,
indi İranda Apostolik Nunsiy olan Arxiepiskop Jean Paul Gobel (Jan Pol Qobel)
idi, və sonra isə Episkop Giuseppe Pasotto (Cuzeppe Pazotto)-nun səlahiyyətinə
verildi, o, indi burdadır və mən ona öz salamımı çatdırıram. Və bununla da
slovak inspeksiyasının Padri Salesiani “missio sui iuris” – sə həvalə edilib,
harda Ata Daniel Pravda öz gücündən əsirgəlməyib və hazırda Ata Çapla və digər
salezianlılar durmadan çalışırlar. Mən və mənimlə bura gələn insanlar xoş
hislərlə dolduq. Mən Salezian Konqreqasiyasının adi üzvü olaraq heç zaman
düşünməzdim ki, bugün burada Dövlət Sekretarı vəzifəsində böyük Salezian
Müqəddəsləri olan: Giovanni Bosco (Covanni Bosko), Maria Domenica Mazzarello (Mariya
Domenika Madzarello) və Domenico Savio (Domeniko Savio)–nun relikviyalarını
özündə toplayan altar qarşısında iştirak edim. Əziz həmqardaşlar, sizin icmaya
və əsasən gənclərə göstərdiyiniz mərhəmət və sevgiylə dolu qayğı hamıya məlumdur.
Don Bosco (Bosko) tədrisi sizin natural olan hazırlığınızı ruhani cəhəddən
tamamlayır. Tanrı sizə xeyir-dua və əməllərinizin yüz əvəzini versin.
Və indi icazənizlə, mən Roma Papasının salamını Bakı şəhərinin katolik icmasının
bacı və qardaşlarına çatdırım. Əziz qardaşlar və bacılar, çəkdiyiniz əziyyət və
çətinlikləri, bu gün sizin üzlərinizdə olan təbəssüm əvəz edir. Müqəddəs Kəlamı
eşitmək və xilasın Müqəddəsliyini qəbul etmək üçün çox gözlədiniz. O gün artıq
gəlib çatdı. Apostolik Nunsi mənə danışdı ki, bəziləriniz yaşlı olmağınıza
baxmayaraq, xristianlığın başlanıc anının qəbulu zamanı, Rəbbin altarı
qarşısında hansı həyacan və qürur hissiylə öz adlarınızı səsləndirdiniz. Tanrıya
öz minnətdarlığımızı bildiririk!
Digər ölkələrdən olan və iş səbəbindən bura gələn əziz katoliklər, siz də öz
evini olan bu kilsəyə xoş gəlmisiniz. Bu ev helə bir yerdir ki, harda siz
tamamən sizin və bizim olan Kilsənin həyatında iştirak edə bilərsiniz. Bu Kilsə
nə hüdudlu, nə də sərhədlidir. Kilsəyə dəvət alan hər bir insan burada bir
ailənin üzvünə dönür..
Əziz Azərbaycan katolikləri, sizdən daxilinizdə olan ümid haqqında soruşana öz
nümunəvi həyatınızla cavab verin. Sizin kasıb, yoxsul və əziyyət çəkən
insanlarla düzgün, insani və məhəbbət dolu davranışınız dünya üçün nümunəvi
olmalıdır.
Çox Hörmətli Dövlət iş adamları, əziz dostlar, bu kilsənin birinci daşı Kardinal
Crescenzio Sepe (Kreşensio Sepe) o zaman de Propaganda Fide
Konqreqasiyasının Prefettosu tərəfindən xeyir-dualanıb. Həmin daşın daxilində
olan perqamendə, Prelato katoliklərindən başqa, Dövlət nümayəndələri və
Azərbaycan dini başçılarının imzaları var. Məhz o daşın üstündə bu bina- kilsə
tikilib və xristianlar üçün bünövrəsi Məsihdir, əsil bucaqlı daş. Bu bütün
insanlar üçün bir əlamətdir ki, cəmiyyət konkret bir daşın üstündə qurulur: yəni
dini fərqliyi sülh yolla yaşamaqdır. Son olaraq istərdim ki, bu şəhərdən,
Bakıdan, həmin o daşdan bütün Dünyaya ümüd messajı yayılsın.
Bu dərin hisslərlə, sizin burda iştirakınız üçün Sizə yenidən öz minnətdarlığımı
bildirirəm. Hamıya yenidən Roma Papası XVI-cı Benediktin adından salamlayır və
hamınıza ulu Tanrıdan xeyir-dua diləyirəm.
|